Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 14:54
Dekabrın 10-da tam ay tutulması baş verəcək.

Bu barədə «APA»ya N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib.

Bu təbiət hadisəsi dekabrın 10-da saat 18.31 dəqiqədə baş verəcək. Həmin vaxt Yer Ayla Günəşin arasında olacaq və Yerdən keçən kölgə Ayın üzərinə düşəcək.

Ə. Quliyev deyib ki, Ay tutulması adətən ildə iki-üç dəfə müşahidə olunur: «Bu, çox maraqlı təbiət hadisəsidir. Tam Ay tutulması Azərbaycandan da aydın müşahidə ediləcək».

Rəsədxana direktoru tam Ay tutulmasının insanların sağlamlığına və əhval-ruhiyyəsinə heç bir təsir göstərmədiyini də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG