Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:04

Əli Həsənov: “Azərbaycan "Eurovision 2012"-nə 1 milyard manat ayırmayıb


“Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsinin hazırlığına 1 milyard manat pul ayrılması barədə məlumat tamamilə yanlışdır və havadan götürülüb”. Bunu Trend-ə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:

"Faktiki olaraq hazırda Azərbaycanda dövlət səviyyəsində "Eurovision 2012" mahnı müsabiqəsi üçün bir neçə yerin tikilməsi, hazırlanması ilə bağlı bəzi KİV-də gedən məlumat jurnalist təxəyyülünün məhsuludur. Düzdür, Azərbaycanda bu barədə bəyanat verilib. "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi üçün üç yerə baxıla bilər. Müsabiqənin üç yerdə keçirilməsi ehtimalı var. Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi, ikincisi Tofiq Bəhramov adına Respublika stadionu və üçüncüsü isə gələcəkdə inşası başa çatdırıla bilərsə, yeni tikiləcək konsert kompleksidir. Amma bunların heç biri üçün ayrıca şəkildə "Eurovision 2012" müsabiqəsi adına dövlət büdcəsindən 1 milyard manat məbləğində maliyyələşmə nəzərdə tutulmayıb", - Həsənov qeyd edib.

PA rəsmisi bildirib ki, maliyyələşmə ilə bağlı Prezidentin sərəncamı və Maliyyə Nazirliyinin qərarı var.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
XS
SM
MD
LG