Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Türkiyə və Ərəb Dövlətləri Liqası Suriyada qan tökülməsini dayandırmağa çağırıblar


Türkiyə və Ərəb Dövlətləri Liqası Suriyada mülki sakinləri Bashar Assad rejimindən qorumaq üçün təcili tədbirlər görməyə çağırıblar.

Amma çərşənbə günü Mərakeşdə keçirilmiş türk-ərəb formunun sonunda qəbul edilmiş bəyanatda Suriyaya xarici müdaxilənin yolverilməz olduğu bildirilir.

Toplantı Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin Mərakeşdə keçirilən iclası ərəfəsində keçirilib.

Bu görüşdə Suriyanın liqada iştirakının dayandırılmasıyla bağlı qərarın təsdiqlənməsi gözlənilir.

Suriyada baş verən son toqquşmalarda dinc sakinlər və hərbçilər də daxil olmaqla
30-dan çox adam ölüb.
XS
SM
MD
LG