Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:36

İtaliyanın baş naziri Mario Monti eyni zamanda maliyyə naziri olcaq


İtaliyanın yeni baş naziri Mario Monti eyni zamanda yeni kabinetdə maliyyə nazirinin səlahiyyətlərini icra edəcək.

Bunu çərşənbə günü baş nazirin özü bəyan edib.

Yeni hökumətin tərkibi yaxın günlərdə elan ediləcək.

İqtisadi inkişaf naziri hazırda ölkənin iri banklarından olan İntesa Sanpaolo bankının rəhbəri Corrado Passera olacaq.

Avropa Komissiyasının keçmiş üzvü Mario Monti hazırda ölkədə ən nüvuzlu iqtisadçılardan biridir.

O bu vəzifədə Silvio Berlusconini əvəz edib.

Yeni hökumətin qarşısında duran əsas vəzifə borc təhlükəsilə üzləşmiş ölkəni böhrandan çıxarmaqdır.
XS
SM
MD
LG