Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Köçkünlərin məskunlaşdıqları binalar təmir ediləcək


Noyabrın 16-da Bakıda «Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi» layihəsi üzrə saziş imzalanıb.

Sənədi Baş nazirin müavini Əli Həsənov və Dünya Bankının ölkə üzrə meneceri vəzifəsini icra edən Səidə Bağırlı imzalayıb.

Layihə çərçivəsində 78 milyon 400 min dollar ayrılıb.

Vəsaitin 50 milyon dolları Dünya Bankı, 28.4 milyon dolları isə Azərbaycan hökumətinə aiddir. Vəsait 4 istiqamətdə xərclənəcək.

Əli Həsənov deyib ki, ayrılacaq vəsait əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldiləcək. Bu məqsədlə 90-dan artıq ictimai binada bərpa və təmir işləri həyata keçiriləcək.
XS
SM
MD
LG