Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:17

"Məhkəməyə veriləndə Lukashenko da qorxuya düşəcək"


Chris Smith
Chris Smith
Belarusda prezident seçkilərində namizəd olmuş və bundan sonra həbsdə yatan Ales Mikhalevich azadlığa çıxandan sonra ilk dəfədir ki, ABŞ-a gəlib.

Amerika Konqresinin Helsinki Komissiyasında dinləmələr zamanı Mikhalevich deyib ki, həbsdə ona işğəncələr verilirdi.

Bu çıxışdan sonra Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Chris Smith Belarus prezidenti Lukashenkonu Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün səylərə başlayacağına söz verib.

Smith deyib ki, Obama hökumətinə təzyiq edəcək ki, Obama hökuməti Lukashenkonu məhkəməyə cəlb etdirmək istiqamətində addımlar atsın.

Smith bildirib ki, Amerika hökumətinin və eləcə də BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə şəxsən məktub göndərəcək ki, Lukashenkonun beynəlxalq məhkəməyə verilməsinə yardım etsinlər.

“BU ADAM HƏR GÜN ÖZ XALQINA QARŞI VƏHŞİLİK EDİR”...

Komissiyadakı dinləmələrdən sonra Chris Smith Azadlıq Radiosuna deyib ki, Lukashenko kimi 17 il vəhşilik edənin nə vaxtsa zamanı gəlməlidir.

Smith deyir:
“Hərçənd Belarus Beynəlxalq Cinayət Məhkəməsinə imza atmayıb, eləcə də ABŞ imza atanlar arasında deyil, ancaq biz bunu Sudan prezidenti Omar al Bashirlə edə bildik. Bu, xeyli vaxt aparacaq, ancaq biz buna başlamalıyıq. Biz səy göstərməliyik ki, BMT-nin Təhlükəsizlik Şurası prosesə başlasın. Mən əminəm ki, Rusiya və Çin müqavimət göstərəcək, ancaq biz döyüşməliyik. Çünki bu adam öz xalqına qarşı gündəlik vəhşilik edir”.


Ales Mikhalevich
Ales Mikhalevich


MÜXALİFƏTÇİNİ KGB İLƏ ƏMƏKDAŞLIĞA MƏCBUR EDİRLƏR


Helsin Komissiyasında Mikhalevich başqa maraqlı ifadələr də verib.

O deyib ki, həbsdən azad olunması üçün sənəd imzalayaıb.
Sənəddə deyilir ki, Mikhalevich Belarusun indiyədək KGB adlanan xüsusi xidməti ilə əməkdaşlıq edəcək. Bunun əvəzində o, həbsdən buraxılacaq.

Mikhalevich deyib ki, Amerika rəsmiləri və qanunverciləri Lukashenkonun islah olunacağına inanmasınlar. Lukashenko bütün yollarla öz hakimiyyətini müdafiə edəcək.

Mikhalevich Amerika tərəfini Belarusun yalnız qeyri-hökumət təşkilatları ilə iş görməyə çağırıb.

BELARUS MÜXALİFƏTÇİSİ NARAHATDIR

O hesab edir ki, Lukashenkonun Qərblə seçdiyi taktika - cilovu bir az boşaltmaq müqabilində Qərbdən kömək almaq taktikası hələ ki işləyir.

Belarusa sanksiyalar məsələsində Qərblə Rusiya arasında, eləcə də ABŞ-la Avropa Birliyi arasında fikir ayrılığı var.

Mikhalevich Azadlıq Radiosuna deyib ki, Avropa Birliyi üçün Belarus qaz gələn tranzit ölkəsidir, ona görə Avropa Birliyi ölçü götürməsə, ölçünü ABŞ-ın götürəcəyinə ümid edir.

İki aylıq həbsi zamanı ona verilən fiziki və mənəvi işgəncələrə gəlincə, Mikhalevich deyib ki, ayaqları kəndirlə bağlayıb, müxtəlif tərəflərə dartırlar, az qalır əzələ bağları cırılsın.
Və yaxud lüt soyundururlar.

HESAB SORUŞULANDA DİKTATORLAR QORXUYA DÜŞÜR”

Konqresin üzvü, Helsinki Komissiyasının sədri Smith hesab edir ki, Lukashenkonu ona görə məhkəməyə cəlb etmək lazımdır ki, insan haqlarının unudulmadığını hamı görsün.

Son illərin beynəlxalq məhkəmələrinin işinə yaxından cəlb olunan Smith deyir ki, Sierra Leone və Ruandadakı vəziyyətlə bağlı məhkəmələrdən, Yuqoslaviyadan Miloshevich, Mladich, Karadzichin məhkəmələrindən o bir məsələni anladı ki, diktatorlar, vəhşilik edənlər onlardan hesab soruşulanda qorxuya düşürlər.

Smith deyir ki, Lukashenkonu məhkəməyə verməyə ciddi səy göstərilsə, Lukashenko də qorxuya düşəcək.
XS
SM
MD
LG