Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 13:05

Hüquq müdafiəçisi Səidə Qocamanlı Amnesty İnternational-ın hesabatı haqqında

Səidə Qocamanlı
Səidə Qocamanlı

- 2009-cu ildən bəri Azərbaycanda vəziyyətin daha da pisləşməsi haqda fikrə birmənalı yanaşmıram. Çünki insan hüquqlarının müxtəlif sahələri var. 2009-cu ildən bəri o sahələrdə qismən də olsa, xırda da olsa irəliləyişlər olub. Amma, sözsüz, elə problemlər də var ki, həll olunmamış qalır. 2009-cu ildən bəri Azərbaycanın hər yerində mülkiyyət hüquqlarının pozulması elə bir həddə çatıb ki, susmaq mümkün deyil. Biz bunu pisdən də pis qiymətləndiririk.

Ən müsbət cəhət isə o olub ki, bu ilin iyununda siyahımızda olan siyasi məhbusların böyük qismi azad edilib. Bu, təqdirəlayiqdir. Baxmayaraq ki, onların yerini «aprel məhbusları» tutdu. Odur ki, bu hesabatla qismən razıyam.
​
XS
SM
MD
LG