Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 13:07

Gəncədə 76 metr hündürlüyündə bayraq dalğalanacaq


Bayraq Meydanı Gəncə çayının sağ sahilində inşa edilir.

Bu barədə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədri Elgün Məmmədov məlumat verib.

Bayraq 36x18 metr ölçüsündə olacaq.

E.Məmmədov deyir ki, bayraq şəhərin bütün yerlərindən görünəcək. Bayraq Meydanının ətrafı istirahət guşəsinə çevriləcək. Burada uşaqların əylənməsi üçün attraksionların da quraşdırılması nəzərdə tutulur.

2 aydır ki, inşasına başlanan Bayraq Meydanı dekabrın sonunda hazır olacaq.
XS
SM
MD
LG