Suriya rejimi elan edib ki, Ərəb Liqasının Mərakeşin paytaxtındakı görüşünü boykot edir.
Ərəb Liqasının bu toplantısında Suriyanın bu ölkədə başlamış etirazlara hərbi müdaxilə edilməsi üzündən üzvlüyü məsələsinə baxılacaq. Gözlənir ki, toplantıda Ərəb Liqası ölkələri Suriyaya nümayişlərin qanlı yolla yatızdırılmasının qarşısını almaq üçün digər təzyiq yolları barədə məsləhətləşəcəklər.
ABŞ bildirir ki, Ərəb Liqasının demokratik islahatlara keçid və xalqa qarşı zorakılığı dayandırmaq üçün Əsəd rejiminə mesaj göndərəcəyinə ümid edir.
Eyni zamanda ABŞ Bəşər Əsədi istefa verməyə çağırıb. O cümlədən Türkiyə bildirib ki, Suriya ilə enerji əlaqələrini təxirə salacaq.
8 ay ərzində Suriyada etiraz aksiyaları zamanı 3 mindən çox adam ölüb.