Dünən Suriyada Bashar Assad rejimi əleyhinə keçirilən etiraz aksiyasında daha 70 adam öldürülüb. Ölənlərdən 34-ü əsgər və təhlükəsizlik qüvvələrinin üzvləridir.
BMT-nin rəqəmlərinə görə, mart ayından bu yana Suriyada keçirilən etiraz aksiyalarında 3500-dən artıq adam öldürülüb.
ABŞ növbəti dəfə Suriya prezidenti Bashar Assadi istefaya çağırıb. Ağ Evin açıqlamasında bildirilir ki, Bashar Assad getdikcə daha çox təcrid olunur və legitimliyini itirib.
Ağ Evin açıqlamasından bir gün əvvəl ərəb dövlətləri liderləri arasında ilk olaraq İordaniya kralı Abdullah Bashar Assadi istefaya çağırıb.
Dünən Avropa Birliyi Suriyanın daha 18 rəsmi şəxsinin adını hesabları dondurulan və səyahət qadağası qoyulan şəxslər siyahısına daxil edib. Bununla da həmin şəxslərin sayı 74-ə çatıb.