Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:44

BDU-nun müəllimləri Ziyalılar Forumuna müraciət etdi


Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti
«Biz «Ziyalılar forumu»nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik».

Bakı Dövlət Universitetinin bir qrup müəlliminin Azərbaycan Ziyalılar Forumuna etdiyi müraciətdə belə deyilir. Müraciət noyabrın 15-də çıxan rəsmi «Azərbaycan» qəzetində dərc olunub.

Müraciəti 245 nəfərin imzaladığı deyilsə də, onun altında 50 müəllimin adı göstərilib. O cümlədən, Qulu MəhərrəmliTofiq Hacıyev kimi professorların da imzası var.

Müraciətdə deyilir: «Təəssüf ki, bu gün adını ziyalı qoyan 20-30 nəfərin toplumundan əmələ gələn və «Ziyalılar forumu» adlanan qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından bəyanatlar verərək minlərlə ziyalının gördüyü həqiqətləri başqa rəngdə çatdırmaq, şəxsi mənafeləri naminə təkcə Azərbaycan xalqını deyil, bütün dünya ictimaiyyətini çaşdırmaq istəyirlər».

Müraciət müəllifləri Azərbaycanın qazandığı uğurlardan danışır və əlavə edirlər:

«Biz «Ziyalılar forumu»nun mövqeyini düzgün və ədalətli hesab etmirik. Onun xalqımızın, dövlətimizin əleyhinə olan qüvvələrin əlində vasitəyə çevrilməsini istəmirik. Uğurlarımız artdıqca, bizə qarşı yönələn təxribatların reallaşması üçün ziyalılardan istifadə olunmasını qəbul etmirik. Ümumiyyətlə, forma xatirinə forum formalaşmamalıdır. Azərbaycanın hər hansı forum olmadan da aydın mövqeyi, açıq fikri, təəssübkeş qəlbi olan ziyalıları kifayət qədərdir…».
XS
SM
MD
LG