Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Ucarda hüquqşünası polisdə saxlayırlar


Göyçay rayon sakini, Ucar rayonunda baş verən hadisələr barədə mətbuata məlumatlar verən hüquqşünas Taleh Xasməmmədov həbs edilib.
Bu barədə AzadlıqRadiosuna hüquqşünasın anası Gülbuta Xasməmmədova məlumat verib.
Gülbuta Xasməmmədova deyir ki, oğlunu noyabrın 12-də axşam saatlarında Ucar rayon polis idarəsinə çağırıblar. O gündən bəri ailə üzvləri Taleh Xasməmmədovdan xəbər tuta bilmir:
“İcazəsiz olaraq evində axtarışlar aparıblar. Talehə aid olan kompüterlər, əlyazmaların hamısını götürüb apardılar. 40 nəfər polisi tökmüşdülər evə, elə bil terror idi”.
Gülbuta Xasməmmədova deyir ki, oğlunu polisə müqavimətdə günahlandırırlar:
“Heç uşağımı mənə göstərmirlər. Bilmirəm, var, yoxdur. Dedim ki, qoy öz xəttilə kağıza yazsın ki, burdayam, onu da eləmədilər. Sanksiyasız orda saxlayırlar”.
Ucar Rayon Polis İdarəsindən növbətçi AzadlıqRadiosuna bildirib ki, istintaq getdiyinə görə, heç bir məlumat verə bilməzlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG