Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Breivikin işi ilə bağlı növbəti məhkəmə olacaq


Norveçdə iyulun 22-də terror aktı həyata keçirmiş Anders Breivikin işi ilə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

Məhkəmə ilk dəfə olaraq açıq olacaq. Oslo məhkəməsinin ən geniş zallarından birində baş tutan prosesdə terrorda ölənlərin yaxınları da iştirak edəcək.

Vəkili bildirib ki, Breivik terror aktının motivləri haqqında danışacaq.

Anders Breivikin iyulun 22-də Utoya adasında gənclər düşərgəsində törətdiyi terror nəticəsində 77 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG