Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 16:12

Türkiyə Suriyadakı diplomatlarının ailələrini köçürür


Türkiyə Suriyadakı diplomatlarının ailə üzvlərini bu ölkədən çıxarır.

Prezident Bashar Assadın tərəfdarları Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla Suriyadakı diplomatik nümayəndəliklərə hücum ediblər.

Həmçinin Səudiyyə Ərəbistanı bu hücumları kəskin ittiham edib.

Suriya hakimiyyəti bu arada ölkədəki vəziyyəti Ərəb Dovlətləri Liqasının üzvlərilə müzakirə etməyə hazır olduğunu bildirib.

Suriya hakimiyyətinin bazar günü yaydığı bəyanatda ərəb ölkələrinə Suriyaya müşahidəçilər qrupu göndərmək təklif olunur.

Ərəb Dövlətləri Liqası Suriyada dinc sakinlərə qarşı zorakılıqların davam etməsinə etiraz olaraq onun bu təşkilatda iştirakını dayandırıb.

ABŞ və Avropa Birliyi Liqanın qərarını alqışlayıblar.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG