Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:19

Obama Medvedevlə İranı müzakirə edib


Havayda ABŞ prezidenti Barack Obama ilə Rusiya prezidenti Dimitri Medvedev arasında görüş olub.

Görüş Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Liderlər görüşdə İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və digər məsələləri müzakirə ediblər.

Obama görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən deyib ki, İran nüvə proqramıyla bağlı beynəlxalq öhtəliklərini yerinə yetirməlidir və bu məsələdə ABŞ-la Rusiyanın mövqeləri eynidir.

Barack Obama az sonra İran məsələsini Çin prezidenti Hu Jintao ilə də müzakirə edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin çərşənbə axşamı yaydığı hesabatda İranın nüvə silahı üzərində işləməsinin ələmətləri olduğu bildirilir.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG