Keçid linkləri

2026, 06 Sentyabr, bazar, Bakı vaxtı 06:29

Xarici diplomatlar Bəxtiyar Hacıyevlə görüşüblər

Noyabrın 11-də Birləşmiş Krallıq, Polşa səfirliklərinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin bir neçə əməkdaşı 14 saylı cəzaçəkmə müəssisəsində gənc fəal Bəxtiyar Hacıyevlə görüşüb. Onun saxlanma şəraiti maraqlanıblar.

Bəxtiyar Hacıyev hələ ki, saxlanma şəraitindən narazı olmadığını bildirib.

ABŞ-ın Harvard Universitetinin məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev bu il martın 4-də həbs edilib.

Gənc fəal bu ilin mayında hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum edilib.
This item is part of
XS
SM
MD
LG