Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 02:12

İranda baş vermiş partlayışda ölənlərin sayı 27-ə çatıb

Tehranın qərbindəki hərbi bazada güclü partlayış baş verib.

Şahidlərin sözlərinə görə partlayışın sədası Tehranın mərkəzində də eşidilib.

Azı 27 adamın öldüyü xəbər verilir.

Bəzi binaların pəncərələri sınıb.

İlkin məlumatlara görə, partlayış İran İslam Qvardiyasının elitar korpusuna məxsus silah və sursat anbarında baş verib.
Araşdırma gedir.
This item is part of
XS
SM
MD
LG