Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:57

Rusiya qanunsuz miqrantlara qarşı xüsusi reyd keçirmədiyini deyir


Rusiyanın Federal Miqrasiya Xidməti qanunsuz miqrantlara qarşı xüsusi reydlər keçirmir.

Bunu idarənin əməkdaşı RİA-Novostiyə müsahibəsində deyib.

Bundan əvvəl Rusiya hüquq müdafiə orqanlarının istirahər günlərində qanunsuz miqrantlar, xüsusən də Tacikistan vətəndaşlarına qarşı reydləri davam etdirməsi barədə məlumat verilmişdi.

Hazırda 300 Tacikistan vətəndaşının ölkədən deportasiyası gözlənilir.

Moskva bu günlərdə Tacikistanda Rusiya hava şirkətinin 2 pilotunun həbsinə görə cavab tədbirləri görüləcəyini xəbərdarlıq etmişdi.

Rusiya hakimiyyəti həbsin siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG