Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 04:41

Qazaxıstanda baş vermiş silahlı insidentdə 7 adam ölüb


Qazaxıstanın cənubundakı Taraz şəhərində mağaza qarət edilərkən baş vermiş atışma və partlayış nəticəsində 7 nəfər ölüb, 3 nəfərsə yaralanıb.

Qazaxıstan Daxili İŞlər Nazirliyinin məlumatına görə, ölənlərdən 5-i polis,1-i mağazanın gözətçisi, biri isə yaraqlıdır.

Polis hücum edənlərdən birini yaxalamaq istəyərkən o özünü partladıb.

Oktyabrın sonunda Qazaxıstanın Atırau şəhərində törədilmiş 2 partlayış nəticəsində isə 1 intiharçı ölmüşdü.

Bu hücuma görə cavabdehliyi radikal “Xəlifə əsgərləri” qrupu üzərinə götürüb.
XS
SM
MD
LG