Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Ərəb ölkələri Suriyadakı vəziyyəti müzakirə edir


Ərəb Dövlətləri Liqası ölkələri bu gün Qahirədə Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Yerli müxalifət fəalları Suriyanın təşkilatda üzvlüyünün dayandırılmasını tələb edirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.

Dəməşq bu günlərdə ordunun şəhərlərdən çıxarılması və vəziyyətin dinc yolla həlliylə bağlı Ərəb Dövlətləri Liqasının sülh planını qəbul etsə də müxalifət və hüquq müdafiəçiləri ölkədə qətl və təqiblərin davam etdirildiyini deyirlər.
XS
SM
MD
LG