Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 05:29

Türkiyədə zəlzələdən ölənlərin sayı 26-ya çatıb

Noyabrın 9-da Türkiyənin şərqində baş veürmiş zəlzələdə ölənlərin sayı 26-ya çatıb.

Şənbə günü Van şəhərində hotelin dağıntıları altından “Doğan” informasiya agentliyinin müxbirinin cəsədi tapılıb.

Bundan əvvəl isə həmin ərazidən onun həmkarının cəsədi tapılıb.

Bu dəfə yeraltı təkanların gücü 5,7 bal olub.

Ölənlərin arasında bundan əvvəlki zəlzələdən zərərçəkənlərə yardım üçün gəlmiş beynəlxalq hümanitar təşkilatların əməkdaşları da var.

Oktyabrın 23-də bölgədə baş vermiş 7,2 ballıq zəlzələ nəticəsində isə 600-ə yaxın adam ölüb.
This item is part of
XS
SM
MD
LG