Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Salyanda qaz tələbi ilə aksiya


Foto: Arxiv
Foto: Arxiv
Noyabrın 12-də rayonun Pambıqkənd kəndinin sakinləri qaz verilməsi tələbi ilə aksiya keçiriblər. Onlar Salyan-Şirvan yolunu bağlamaqla problemə diqqət çəkməyə çalışıblar.

Kənd sakinlərinin AzadlıqRadiosuna dediklərinə görə, 7-8 il əvvəl kəndə qaz verilsə də, sonradan kəmərlərdə təmir adı ilə qaz kəsilib. Elə o vaxtdan da evlərdə mavi yanacaq yoxdur:

«Kəndimizdə neçə illərdir qaz yoxdur, kəndin ehtiyacını ödəmək üçün odun da yoxdur yandırmağa. Xətlər təmir olunub. Bu il planda var idi ki, kəndə qaz verəcəklər, amma soyuqlar başlasa da, hər hansı addım atılmır».

Bələdiyyə sədri Bəxtiyar Xəlilov isə problemin yaxınlarda həll ediləcəyini deyir: «Hazırda kəndin bir neçə küçəsində qaz kəmərlərində xırda təmir işləri qalıb. Təmirdən sonra «Azəriqaz» kəndin qaz təminatına icazə verəcək və bununla da problem həll olunacaq».

Salyan rayonunun Pambıqkənd kəndi Bakıdan 110 kilometr aralı, Salyan-Şirvan yolunun bir-neçə kilometrliyində yerləşir.
XS
SM
MD
LG