Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

Əlif Şəfəq Orxan Pamukun uğurunu təkrarlaya biləcəkmi?


Feyziyyə Hacıyeva


Dünyada ən nüfuzlu ədəbiyyat mükafatlarından sayılan Beynəlxalq İMPAC Dublin ödülünün uzun siyahısı açıqlanıb.

147 əsərlik siyahıda tanınmış türk yazıçısı Əlif Şəfəqin “Aşk” romanı da yer alır.

Türk yazarın mükafat uğrunda yarışda güclü rəqibləri var.

Siyahıda Paul Auster, Emma Donoghue, Isabel Allande, Jennifer Egan və Jonathan Franzen kimi ünlü yazarlarında əsərləri də yer alıb.

Mükafatın qalibi dünyanın 45 ölkəsinin ictimai kitabxanalarının ürəli sürdüyü namizədlər arasından seçilir.

Təqdim edilən əsərləri beynəlxaql münsiflər heyəti dəyərləndirir.

Qısa siyahı gələn il aprelin 12-də açıqlanacaq, qalibin adı isə iyunun 12-də elan ediləcək.

Impac mükafatına ingiliscə yazılmış, eləcə də başqa dildə yazılsa da, ingiliscə çap edilmiş əsərlər təqdim edilə bilər.

Mükafatın təşkilatçısı İrlandiyanın paytaxtı Dublinin bələdiyyəsidir.

2003-cü ildə İMPAC mükafatını “Benim adım kırmızı” əsərinə görə başqa bir türk yazarı Orxan Pamuk qazanmışdı. Bu mükafatı alan bir çox yazar sonradan “Nobel”ə də layiq görülüb. İki mükafat arasında birbaşa əlaqə olmasa da, İmpac-ı “Nobelə” doğru pillə də sayanlar var. Pamuk İMPAC-dan 2 il sonra Nobel Mükafatına sahib olub.

"Aşk" əsəri 2009-cu ildə Türkiyədə çap ediləndən sonra bestsellerə çevrilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG