Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 08:15

Məktəbdə partlayış olub


Bakının Xəzər rayonunda yerləşən 234 saylı orta məktəbdə partlayış baş verib, yaralanan var.
Məktəbdən AzadlıqRadiosuna verilən məlumata görə, partlayış saat 12 radələrində məktəb binasının tualetində olub. Partlayış nəticəsində bir nəfər 11-ci sinif şagirdi yüngül yanıq yarası ilə xəstəxanaya çatdırılıb, şagirdin vəziyyəti normaldı.

Məktəbdən bildiriblər ki, partlayışa səbəb məktəbin tualetindəki kanalizasiya xəttinə qaz sızması nəticəsində baş verib.

Hadisəylə bağlı məktəbin direktor müavini bunları deyib:

"Məktəbin ərazisindəki kanalzasiya sistemi təmir olunan zaman vaxtiylə həmin ərazidən məktəbin istilik sistemi üçün çəkilən qaz kəməri zədələnib. Aydınlaşıb ki, həmin qazsızması tualetin kalzasiya borusuyla məktəbin tualetinə daxil olub. Ehtimal ki, şagird tualetdə alışqandan istifadə edib və belə bir partlayış baş verib".

Məktəbdə dərslər davam edir.
XS
SM
MD
LG