Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 11:36

«Eurovision» ilə əlaqədar hotellərdə monitorinq aparılacaq


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə hotellərdə monitorinq aparacaq.

Bu barədə SMPDK sədri Ramiz Həsənov bildirib.

Artıq hotellərə məktub göndərilib ki, fəaliyyətlərini və xidmət səviyyələrini müəyyən vaxta qədər beynəlxalq standartlara uyğunlaşdırsınlar.

«İki aydan sonra hotellərdə monitorinqlərə başlamaq niyyətindəyik», - deyə komitə sədri qeyd edib.

«Eurovision» mahnı yarışması 2012-ci ilin mayında keçiriləcək. /apa/
XS
SM
MD
LG