Keçid linkləri

2026, 11 İyun, cümə axşamı, Bakı vaxtı 08:41

Zəlzələdə ölənlərin sayı 12-ə çatıb

Noyabrın 9-da Türkiyənin Van bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-ə çatıb. 5,6 bal gücündəki zəlzələdən 28 adam sağ çıxarılıb.

Türkiyənin Fəlakət və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində 25 bina uçub. Onlardan 23-i boş imiş.

Xilasetmə işləri davam edir.

Oktyabrın 23-də Van bölgəsində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində isə 600-ə yaxın adam ölmüşdü, yüzlərlə adam yaralanmışdı.
This item is part of
XS
SM
MD
LG