Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Saakaşvili Moskva ilə imzalanmış razılaşmanı qələbə sayır


Gürcüstan prezidenti Mixeil Saakaşvili Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı vacib və əhəmiyyətli qələbə adlandırıb.

O Batumidə NATO-nun baş katibi Rasmussenlə keçirdiyi brifinqdə bildirib ki, ilk dəfədir ki, Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində malların daşınmasına beynəlxalq monitorinq tətbiq ediləcək.

Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün bütün üzv ölkələrin razılığı lazımdır.

Gürcüstan bunu əngəlləyən son ölkə idi.

Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi

Osetiyaya daşınan malların beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasına razılıq verib.
XS
SM
MD
LG