Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:00

Suriyanın Avropa investisiya bankına çıxışı məhdudlaşdırılıb


Avropa Birliyi ölkələri Suriya hakimiyyətinin Avropa investisiya bankına çıxışını bağlayıblar.

Bu barədə Avropa Birliyinin çərşənbə günü yaydığı bəyanatda bildirilir.

Suriya bankın layihələri çərçivəsində 100 minlərlə avro qazanırdı.

Son gün ərzində Suriyada nümayişlər dağıdılarkən daha 12 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.

ABŞ dövlət katibinin köməkçisi Ceffri Feltmanın (Jeffrey Feltman ) sözlərinə görə bir sıra Ərəb Dövlətləri Liqası ölkələri Bashar Assada sığınacaq təklif ediblər.
XS
SM
MD
LG