Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:58

Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəcək


Foto: Arxiv
Foto: Arxiv
Noyabrın 28-də Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulub.

Bunu Konstitusiya Gününə həsr olunmuş konfransda «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin üzvü, deputat Rövşən Rzayev bildirib.

«Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik», - o deyib.

R.Rzayev deyib ki, Berlində keçiriləcək görüşə də erməni icmasının qatılmayacağı barədə məlumatlar var.

«Lakin Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışmışıq və onlar bu görüşün baş tutacağını bildiriblər», - deputat qeyd edib.

İndiyədək icmaların bir neçə görüşü baş tutub. /Trend/
XS
SM
MD
LG