Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:34

Sonuncu “halal” Qurban


Hollandiyada qanun qəbul edilsə, müsəlmanlar və yəhudilər əti xaricdən alacaq

Hollandiyada yaşayan müsəlmanlar son 3 gün ərzində Qurban bayramını təntənəli şəkildə qeyd ediblər. Amma onlar gələn il özlərinin halal yolla heyvan kəsə bilib-bilməyəcəklərindən əmin deyillər.

Hazırda Hollandiya parlamentinin alt palatası heyvanların diri halda kəsilməsini qadağan edən qanunu qəbul edib. Layihəyə görə, heyvanlara daha az əziyyət vermək üçün onları əvvəlcədən keyləşdirib sonra kəsəcəklər.

Bu isə müsəlmanların halal, yəhudilərin isə koşer üsulu ilə kəsilməsinə ziddir. Hər iki dində kəsilən heyvanın sağlam və diri olması tələbi var.

Dindarlar deyirlər ki, Quran və Tora onsuz da heyvana qarşı qəddar davranışı qadağan edir. Yerli dini icmalar vurğulayıblar ki, qanun qəbul edilsə, müsəlman və yəhudilər qonşu ölkələrdən halal və koşer üsulla kəsilmiş ət almalı olacaqlar. Bu da onlara baha başa gələcək.

Qanun layihəsinin əleyhdarları müsəlmanların bayramda gizlində ət kəsəcəklərindən çəkinirlər. Heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar isə əksinə - qanun layihəsinin qəbulu üçün təbliğat aparırlar. Dekabrın 13-də bu layihə senatın müzakirəsinə çıxarılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG