Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Mahmud Ahmedinejad BMT-nin hesabatını rədd edib


İran nüvə silahı üzərində işləməklə bağlı BMT-nin hesabatını rədd edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi çərşənbə axşamı İranın nüvə silahıyla bağlı sınaqlar keçirməsinin əlamətləri olduğunu bəyan edib.

İran prezidenti Mahmud Ahmedinejad dövlət televiziyası ilə çıxışında hesabatı rədd edib, İranın nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirib.

Mahmud Əhmədinejad bir daha ölkəsinin dinc məqsədli nüvə fəaliyyətindən dönməyəcəyini bildirib.

Avriopa Birliyi hesabatdan narahatlığını bildirib.

Fransa məsələni BMT-nin təhlükəsizlik şurasına çıxarmağa çağırıb.

BMT-nin təhlükəsizlik şurası indiyədək İrana qarşı sanksiyalar tətbiq edilməsilə bağlı 4 qətnamə qəbul edib.
XS
SM
MD
LG