Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:58

İran BAEA-nın hesabatını rədd edir


İran Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatını rədd edərək onun siyasi xarakterli olduğunu bildirib.

İranın Atom Enerjisi Agentliyindəki səfiri Ali Asghar Soltanieh deyib ki, bu hesabat ən çox ABŞ-ın siyasi təzyiqinin nəticəsidir.

“Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək 4 minə qədər apardığı yoxlamada hərbi təyinatlı bir qram belə material tapıbmı? Agentlik hansısa silah tapıb mı? Biz görürük ki, Bush administrasiyasının eyni ssenarisini Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru davam etdirir. Bu çox təhlükəli bir oyundur. Mən beynəlxalq ictimaiyyəti və bütün sülhsevərləri bunun qarşısını almağa çağırıram”.

Bu arada ABŞ rəsmisi bildirib ki, Amerika İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər. Çinin dövlət qəzeti People's Daily yazır ki, İranla Qərb arasındakı qarşıdurma hərbi əməliyyatlara rəvac verə biləcək səviyyəyə çatıb.
XS
SM
MD
LG