Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:35

Amerikalılar kitab dükanını necə yaşatdılar?


St. Mark's Book Shop
St. Mark's Book Shop
Feyziyyə Hacıyeva


Bu həmin kitab dükanıdır ki, vaxtilə Allen Ginsberg və William Burroughs kimi məşhur yazarlar onun müştərisi olub.

34 ildir New Yorkda fəaliyyət göstərən St. Mark (Müqəddəs Mark) kitab dükanı bir neçə ay idi ki, bağlanmaq təhlükəsi ilə üz-üzə idi.

Amma dükanın yerləşdiyi rayonun sakinlərinin və tanınmış şəxslərin dəstəyi nəticəsində bina sahibi icarə haqqını aşağı salmağa razı olub.

Maliyyə böhranı və elektron kitab bumuna görə müştərilərinin bir hissəsini itirən və bəzi işçilərini ixtisara salmağa məcbur olan dükan yerin sahibi olan Cooper Union kollecinə müraciət edərək illik icarə haqqının da 5 min dollar endirilməsini istəmişdi (20 min dollardan 15 min dollara).

Amma özü də maliyyə sıxıntısı keçirən incəsənət kolleci buna razı olmamışdı.
Bağlanmaq təhlükəsi ilə üzləşən dükana yerli camaatdan dəstək gəlmişdi.

Əvvəla, onlar icarə haqqının azaldılması istəyilə 40 min imza toplayaraq kollec rəhbərliyinə göndərmiş, dükandan daha çox kitab almağa başlamışdılar.

Buna görə son bir ayda gəlirləri 25 faiz artan dükana tanınmış şəxslər də dəstək vermişdilər.

Məsələn, tanınmış Britaniya yazıçısı Salman Rüşdi də Twitter-də kollec rəhbərliyinə müraciət edərək icarə haqqını 5 min dollar azaltmağı xahiş etmişdi (Rüşdi indiyəcən mütəmadi olaraq kollecin tədbirlərində qonaq kimi iştirak edib).

O, Twitter-dəki fanlarını da kitab dükanını dəstəkləməyə çağırmışdı.

Bundan başqa yerli sakinlərdən İnternetdə kampaniyaya başlayan da olmuşdu ki, əgər kollec fikrindən dönməsə, kitab dükanının yerinə köçəcək şirkət, yaxud mağaza boykot edilsin.

Nəhayət ki kitab dükanını yaşatmaq uğrunda mübarizə bəhrəsini verdi. "New York Times" qəzetinin yazdığına görə, kollec dükanın icarə haqqını 2 500 dollar endirməyə razı olub və dükanın 7500 dollar borcunu silib.

Amma dükan qarşısında şərt qoyulub ki, yeni reallıqlar şəraitində effektiv fəaliyyət göstərmək üçün yeni biznes plan hazırlasın, daha subsiidiyalara ümid etməsin.

"Özümüzün də maddi sıxıntımız olduğu bir vaxtda biz onlara kömək etməyə qərar verdik - onların mövcudluğunun yerli icma üçün əhəmiyyətini nəzərə alaraq" - deyə kollecin rəhbərlərindən olan Jamshed Bharucha bildirib.

Həmçinin oxu
Amerikanın ikinci ən böyük kitab dükanı müflis oldu

ABŞ-ın ən iri kitab dükanı böhrandan çıxış yolu tapdı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG