Fransa prezidenti Nikola Sarkozy İsrailin baş naziri Netanyahunu yalançı adlandırıb.
Bu hadisə G20 sammitində bir neçə gün əvvəl olub.
Bu barədə məlumatı Fransa mediası bu gün yayıb.
Fransanın Kann şəhərində keçirilmiş sammiti işıqlandıran jurnalistlər təsdiq ediblər ki, ABŞ prezidenti Obama ilə özəl, qeyri-rəsmi söhbətində Sarkozy Obamaya deyib ki, o daha Netanyahuya dözə bilmir, Netanyahu yalançıdır.
Jurnalistlərin bunu eşitməsinə səbəb Sarkozynin bu sözlərinin səhvən tərcümə üçün istifadə olunan sistemlə yayılması olub.
Fransız tərcüməçinin tərcüməsinə görə, Obama cavab verib ki, "Siz ondan bezmisiniz, ancaq mən Netanyahu ilə sizdən daha tez-tez işləməliyəm".
Bu tərcüməni Reuters də təsdiqləyir və agentliyin təəssüratına görə, Obama Netanyahunu Sarkozy qarşısında müdafiə edə bilməyib.
Bu da onu ABŞ-dakı prezident seçkilərində Respublikaçıların tənqid hədəfinə çevirə bilər.