Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:23

ABŞ İranın nüvə proqramı ilə bağlı BMT-nin hesabatının açıqlanmasını gözləyir


Ağ Ev bildirib ki, BMT-nin İranda nüvə proqramı ilə bağlı yeni hesabatı onun narahatçılığını təsdiqləyəcək.

Bu barədə Ağ Ev sözçüsü Jay Carney noyabrın 7-də bildirib. Ancaq yaxın günlərdə açıqlanacaq hesabatla bağlı təfsilatı məlumat verməyib.

- İstəməzdim ki, yaxın günlərdə açıqlanacaq hesabatı qabaqlayım. Sizə onu deyə bilərəm ki, biz əlbəttə gözləyirik ki, hesabat İranın davranışı ilə bağlı dediklərimizi əks etdirəcək və hətta gücləndirəcək. Əminəm ki, hesabat bizim İranın nüvə proqramı ilə bağlı narahatçılığımızı əks etdirəcək.

Carney vurğulayıb ki, İranın nüvə sahələrinə hərbi zərbə ehtimalı öz qüvvəsini saxlayır. Amma onu da əlavə edib ki, ABŞ İrana nüvə proqramı ilə bağlı təzyiq göstərmək üçün diplomatik kanallar axtarmağa davam edir.
XS
SM
MD
LG