119 nəfər iştirakçının hər biri milli və Avropa mahnısı ifa etməklə səslərini nümayiş etdiriblər.
Bu barədə AzadlıqRadiosuna İctimai Televiziyanın musiqi və bədii əyləncəli verilişlər departamentinin direktoru Natiq Abdullayev məlumat verib:
«İlkin dinləmələrdə onların musiqi anlayışları yoxlanılırdı. Növbəti 5-6 gün ərzində bu iştirakçıların videolentlərinə yenidən baxılaraq əsas mərhələyə keçənlər müəyyənləşdiriləcək».
119 nəfər iddialını «Eurovision» üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli, müğənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova, İctimai TV-nin aparıcıları Leyla Əliyeva və Hüsniyyə Məhərrəmova dinləyib. İlkin dinləmələr noyabrın 3-dən 7-dək keçirilib.
57-ci «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.