Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 19:44

Michael Jackson'un ölümündə onun həkimi təqsirli bilindi

Conrad Murray
Conrad Murray
Andlılar məhkəməsi pop-ulduz Michael Jackson'un ölümündə onun həkimi 58 yaşlı Conrad Murray'ı təqsirli bilib. Məhkəmə hesab edib ki, həkim ehtiyatsızlığa yol verib. Onu 4 il həbsxana həyatı gözləyir və həkim kimi çalışmaq lisenziyasını da itirir.

Jackson'un ailə üzvləri hökmü göz yaşları içində qarşılayıblar.

Dünya pop estradasında tanınmış sima olan Michael Jackson 2009-cu ildə 50 yaşında böyük dozada propofol qəbul etdikdən sonra ölmüşdü.

Həkim Murray Michael Jackson'a yüksək dozada dərman verməkdə özünü təqsirli bilmir. Onun vəkilləri bildiriblər ki, Jackson özü yüksək dozada dərman tələb edib.
This item is part of
XS
SM
MD
LG