Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Ukrayna eks-Baş nazirinə qarşı yeni ittihamlar irəli sürülüb


Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenkoya qarşı yeni ittihamlar irəli sürülüb. Tymoshenkonun vəkili Serhiy Vlasenko jurnalistlərə deyib ki, ittihamlar hamısı vergilərlə bağlıdır və keçmiş Baş nazirin 1990-cı illərdə Vahid Enerji Sistemləri qaz satışı şirkətinə rəhbərlik elədiyi dövrü əhatə edir. Bu şirkət 1995-ci ildən 1997-ci ilə qədər Rusiya qazının Ukraynaya idxalıyla məşğul olub.

Oktyabr ayında məhkəmə 2009-cu ildə Baş nazir olarkən Rusiyayla imzaladğı qaz sazişiylə səlahiyyətləri aşdığı və ölkəyə ziyan vurduğu ittihamıyla Tymoshenkoya 7 il həbs cəzası vermişdi.

Tymohsenko ittihamları qəbul eləmir, tərəfdarları və Qərb dövlətləri isə bu həbsi siyasi sifariş sayır.
XS
SM
MD
LG