Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Bakının bəzi yerlərində işıq sönüb


Azərbaycan ərazisində havaların kəskin pisləşməsi fonunda Bakı şəhərinin müxtəlif yerlərində elektrik enerjisi təminatı ilə bağlı problemlər yaranıb. Paytaxtın Binəqədi, Xətai rayonlarında, eləcə də Abşeron rayonunda və Xırdalan şəhərində enerji verilməsində fasilələr yaranıb.

«Bakıelektrikşəbəkəsi» ASC-nin baş mühəndisi Zakir Quliyevin APA-ya verdiyi məlumata görə, Binəqədi rayonunda baş verən qəza artıq aradan qaldırılıb. Zığ qəsəbəsində isə ağacın elektrik xətlərinin üstünə düşməsi elektrik təminatını kəsib. Baş mühəndis bildirib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində iş aparılır.

Şəbəkənin nümayəndəsi Bakının enerji təminatında ciddi problemlərin olmadığını, şəbəkənin normal fəaliyyət göstərdiyini bildirib.
XS
SM
MD
LG