Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Bələdiyyə seçkilərinin təşviqat kampaniyası başlandı


Noyabrın 7-də Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Təşviqat kampaniyası 21 gün davam edəcək, noyabrın 29-da saat 08.00-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 1567 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfər namizədliyini geri götürüb.

Seçki noyabr ayının 30-da baş tutacaq.

Ölkədə sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
XS
SM
MD
LG