Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:14

Keith Whitmore: «Konqres xahiş etmir ki, bələdiyyələrə «əlahiddə səlahiyyət» verilsin»


Keith Whitmore
Keith Whitmore
Gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmamağı araşdırılacaq.

AzadlıqRadiosu Konqresinin prezidenti Keith Whitmore (Kit Vitmor) qurumun Azərbaycanda bələdiyyə institutu ilə bağlı tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı ona ünvanladığı sualları cavablandırıb:

- Azərbaycanda bələdiyyələrə verilən səlahiyyətlər son dərəcədə məhduddur. Bu, Konqresin tövsiyələrində də əks olunub. Bəzi ekspertlər hesab edir ki, Azərbaycan hökuməti bələdiyyələrə müstəsna səlahiyyətlər vermək niyyətində görünmür. Konqresin bu məsələdə mövqeyi nədən ibarətdir?

- Konqres xahiş etmir ki, bələdiyyələrə «əlahiddə səlahiyyət» verilsin. Nəzərdə tutulan səlahiyyət Avropanın Yerli Özünüidarə Hökuməti Xartiyasının əsas qanuni bazasıdır. Bu, xartiyanın 6-cı maddəsində (yerli hakimiyyət üçün inzibati strukturlar və resurslar) və 9-cu maddəsində (yerli hakimiyyətin maliyyə resursları) əks olunub.

«İSLAHATLARA EHTİYAC VAR»

- Azərbaycanda yerli səviyyədə idarəetmədə paralellik mövcuddur: yerli idarəetmə səlahiyyətləri əsasən icra hakimiyyəti qurumlarında cəmlənib. Eyni zamanda qanunvericilikdə göstərilir ki, bələdiyyələr öz imkanları daxilində bu səlahiyyətlərin bəzilərini həyata keçirə bilərlər. Lakin, bələdiyyələrin maliyyə imkanlarının məhdudluğu və icra hakimiyyətindən asılılığı buna imkan vermir. Bu vəziyyətin dəyişdirilməsi üçün Azərbaycan hökumətinə nə kimi tövsiyələriniz ola bilər?

- Azərbaycanda ərazi demokratiyasına dair tövsiyələr əsasən ötən illər olub. Konqres məsləhət görüb ki, bələdiyyələrin səlahiyyət və maliyyə imkanlarını gücləndirmək üçün müvafiq qanunvericilikdə dəyişiklik aparılsın. Dediyiniz «paralellik» sisteminə gəlincə, bu, seçilmiş nümayəndələrin yanında yerli təyin olunmuş icra hakimiyyətinin mövcudluğunun qalmasına imkan yaradır və bu sistemin Avropa səviyyəsinə uyğun islahatlara ehtiyacı var.

«QAFQAZDA DİGƏR İKİ RESPUBLİKA NÜMUNƏ OLA BİLƏR»

- Daha bir mühüm problem Bakı şəhərinin paytaxt statusunun müəyyən edilməsi və Bakıda meriya institutunun yaradılması ilə bağlıdır. Bu həm də Konqresin əsas tövsiyələrindən biridir. Hazırda Avropa Şurasına üzv olan ölkələr arasında yalnız Azərbaycanda paytaxt şəhərində meriya institutu formalaşdırılmayıb.

- Bildiyiniz kimi, yerli və regional icmaların hakimiyyətlərinin mərkəzdən asılılığını azaltmaq və onları gücləndirmək üçün Yerli Özünüidarəetmə Hökuməti Xartiyası var və bu Xartiya Konqresin əsas hüquqi bazasıdır. Azərbaycan da 2002-ci ildə bu Xartiyanı ratifikasiya edib. 2003-cü ildən Konqres Azərbaycanda demokratiyanın köklərini möhkəmləndirmək üçün ölkə hakimiyyəti ilə konstruktiv dialoq apardı. Paytaxtın xüsusi statusu və bununla bağlı qanun Konqresin tövsiyələri arasındadır. Qafqazdakı digər respublikalar bu məsələdə uğurlu nümunə ola bilərlər. Yerli seçilmiş orqanlar arasında əlaqəni gücləndirmək üçün Konqres milli assosiasiya yaradılmasını tövsiyə etmişdi. Azərbaycan üç belə assosiasiya yaradıb.

Bundan başqa, 2009-cu ilin dekabrındakı bələdiyyə seçkiləri zamanı Konqres Bakı meriyasına da seçki keçirilməsinə şərait yaradılmasını və bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsini inadla müdafiə etdi. Eyni zamanda Azərbaycanda ərazi demokratiyasının vəziyyətinə dair narahatçılığını ifadə etdi, o cümlədən, bildirdi ki, əhalinin bələdiyyəyə inamının az olmasından narahatdırlar.

«YALNIZ MONİTORİNQ APARIRIQ»

- Üzv ölkə tərəfindən xartiyanın tələblərinə və Konqresin tövsiyələrinə əməl edilmədiyi təqdirdə Avropa Şurasının və ya Konqresin hökumətə təsir etmə mexanizmi varmı?

- Bildiyiniz kimi, Avropada demokratikləşməni dərinləşdirmək üçün Şuranın 47 üzv ölkə ilə əlaqəsinin bazası əməkdaşlıq və dialoqdur. Yerli Özünüidarə Hökuməti Xartiyasının prinsiplərinin yerinə yetirilməsi baxımından qurumun Yerli və regional Hakimiyyət Konqresi də eyni vəziyyəti bölüşür. Biz müntəzəm olaraq üzv ölkələrin ərazi demokratiyasının vəziyyətinə nəzər salırıq. Təhlilin nəticələrini və tövsiyələrimizi paylaşırıq. Tövsiyələr yerinə yetirilmişsə, əldə olunan nəticənin tədqiqi üçün o ölkədə yenidən monitorinq aparırıq. Bu, uzun prosesdir, amma alternativi yoxdur. Bildiyiniz kimi, gələn ilin birinci rübündə Konqresin monitorinq missiyasının Azərbaycanda səfəri planlaşdırılır.

«MƏLUMAT ALMAQ ÜÇÜN ÇOX YOL VAR»

- Azərbaycanda yerli özünüidarənin durumu ilə bağlı məlumatları Konqres necə əldə edir? Hökumətdən başqa Sizin alternativ informasiya əldə etmək imkanlarınız necədir?

- Siyasi hadisələri izləmək üçün müxtəlif yollar var. Ölkənin hökuməti və hakimiyyət orqanları ilə dialoq fəaliyyət istiqamətlərindən biridir. Burda həmçinin vətəndaş cəmiyyətinin, QHT-lərin, xüsusən Azərbaycanda Bələdiyyələrin İnkişafı Alyansı ilə daimi fikir mübadiləsi var. Eyni zamanda Avropa Şurasının əsasən İnsan Hüquqları Komissiyası və Venesiya Komissiyasının, Parlament Assambleyasının hesabat və analizləri vasitəsilə məlumat əldə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG