Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:37

Rusiya ilə Gürcüstan razılaşır


Tbilisi ilə Moskva gələn həftə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması barədə razılaşma imzalayacaqlar.

İtar-Tassın məlumatına görə, bunu Cenevrədə Gürcüstan xarici işlər nazirinin müavini Serqi Kapanadze bəyan edib.

Rusiya bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya cə Cənubi Osetiyaya göndərilən malların yoxlanılmasına razılıq verib.

Bu planı Rusiya-Gürcüstan münaqişəsində vasitəci olan İsveçrə təklif edib.

Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün bütün üzv ölkələrin razılığı lazımdır.

Gürcüstan bunu əngəlləyirdi.
XS
SM
MD
LG