Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:12

Rusiyada məmur avtomobilinin 1 illik xərci


Foto: Arxiv
Foto: Arxiv
Samara vilayətinin qubernatoru Vladimir Artyakov xidməti avtomobilinin sığorta və zirehinə büdcədən 2 milyon rubl (65000$) xərcləyib. Onun saratovlu həmkarı Pavel İpatov isə xidməti «Mercedes»inin saxlanmasına 2 ildə 5 milyon 700 min rubl (185000$) xərc çəkib.

Bu rəqəmləri Rusiya Hesablama Palatası açıqlayıb.

Hətta bu faktlar Rusiya prezidenti Dmitri Medvedevi də təəccübləndirib.

«Hansısa avtomobil lazımdırsa, qoy bu mərkəzləşdirilmiş qaydada alınsın. Amma bu, ağlabatan qiymətə olmalıdır», - deyə o, bildirib.

Dövlət satınalmaları haqqında qanuna dəyişikliklər layihəsində qaydaların sərtləşdirilməsi təklif edilir. Layihə müəllifi olan iki deputat təklif edir ki, dövlət qurumları üçün 1 milyon rubldan (32500 $) baha minik avtomobilləri alınmasın.

Son illər Rusiyada dövlət qurumlarına xarici avtomobillərin alınması üçün 4.5 milyard rubldan (146 029 000 $) çox vəsait xərclənib.
Foto: Arxiv
Foto: Arxiv

Qanun layihəsinin müəlliflərindən biri, Kommunist Partiyasından Vladimir Nikitin deyir ki, yerli büdcələrdə pul yoxdur, amma idarə rəhbərləri 65-100 min dollar qiyməti olan avtomobillərdə gəzirlər:

«Bu isə əhalidə narazılıq yaradır. Rusiyada böyük sosial qeyri-tarazlıq var və bu artmaqdadır. Artıq 10 faiz varlı ilə 10 faiz kasıbın xərcləri arasında 17 dəfə fərq var… Bu, sosial partlayış yarada bilər, çünki yayı həmişə sıxılı saxlamaq olmaz».

1 milyon rubldan (32500 $) baha avtomobil alınmasına məhdudiyyət qoyan qanun layihəsi Dövlət Dumasına təqdim olunsa da, hələ ki hökumətdən rəsmi cavab yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG