Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

Dünən Suriyada 20-dən çox adam öldürülüb


Cümə günü Suriyada hökumət qoşunlarıyla müxalifətçilər arasında baş vermiş toqquşmalarda 20-dən çox adam ölüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, cümə namazından sonra ölkədə keçirilən etiraz aksiyaları dağıdılarkən azı 23 adam öldürülüb.

Onlardan 9-u Homs şəhərində öldürülüb.

Birləşmiş Ştatlar Suriyanı zorakılığın dayandırılmasıyla bağlı Ərəb Dövlətləri Liqasının planını pozmaqda ittiham edib.

Hakimiyyət cümə günü noyabrın 12-dək silahı yerə qoyacaq bütün əlehdarlarına amnistiya elan edib.
XS
SM
MD
LG