Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:36

Xəstəlikdən öldüyü bildirilən əsgərlərlə bağlı cinayət işi başlanılıb


Bu barədə AzadlıqRadiosuna Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan ordusunda 3 əsgərin ölüm faktları ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb:

"Müvafiq ekspertizalar təyin edilib. İstinaqın gedişində həmin əsgərlərin kimi səhlənkarlağı, biganəliyi və səhvi ucbatından əsgərlərin ölməsi araşdırılacaq. Və təqsirkarlar cinayət məsuliyyətinə cəlb olunacaq".

Son bir həftədə Azərbaycan Ordusunun 3 əsgərləri - Azər Abbaszadə, Röyal Ağayev və Ruslan Kərimovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Əsgərlərin ölüm faktını noyabrın 2-də Müdafiə Nazirliyi də araşdırmalara başlayıb.
XS
SM
MD
LG