Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 07:05

Mirzə Cəlilin hekayə kitabı Macarıstanda çap edildi


Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin hekayələri Macarıstanda çap edildi. (APA)

Bu, Azərbaycanın Macarıstandakı səfirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşəbbüsüdür.

Cəlil Məmmədquluzadənin “Seçilmiş hekayələri” kitabına 12 hekayə daxil edilib.

Kitabın tərtibçisi və ön sözün müəllifi Cəlil Məmmədquluzadə irsinin tədqiqatçısı, NDU-nun rektoru, akademik İsa Həbibbəylidir.

Hekayələri orijinaldan macar dilinə Budapeştdəki ELTE universitetinin müəllimi, azərbaycanşünas alim Mariya Keneşi tərcümə edib.

Kitaba Azərbaycan rəssamlarının çəkdikləri illüstrasiyalar da daxil olunub.

Bundan əvvəl Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları" povesti Çexiyada çex dilində çap edilmişdi.
XS
SM
MD
LG