Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:53

Ali Məhkəmə Pamuka “yox” dedi


Orxan Pamuk
Orxan Pamuk
Feyziyyə Hacıyeva


Nobel mükafatlı yazar Orxan Pamuka qarşı Türkiyədə çıxarılmış hökmə yenidən baxılmayacaq.

Son instansiya olan Ali Appelyasiya Məhkəməsi (Yargıtay) Pamukun vəkilinə “yox” dedi.

Oxuzalı.az Türkiyənin “Star” qəzetinə istinadla bu barədə xəbər verir.

“30 min kürd və 1 milyon erməni öldürdük” demiş yazar Şişli Məhkəməsi tərəfindən təqsirli bilinərək təzminat ödəmək cəzasına məhkum edilmişdi.

Bir qrup millətçinin iddiası ilə Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (türklüyü təhqir etmək) təqsirli bilinmiş Pamuk haqda hökmü Yargitay da qüvvədə saxlamışdı.

Amma Avropa İnsan Haqları Məhkəməsində türk tarixçisi Taner Akçamla bağlı çıxarılmış qərardan sonra Pamukun vəkili ürəklənərək hərəkətə keçmiş, yazıçı ilə bağlı hökmün dəyişdirilməsi üçün müraciət etmişdi.

(Avropa İnsan Haqları Məhkəməsi qərar verib ki, Taner Akçama qarşı 301-ci maddə ilə məhkəmə davası açılması insan haqlarının pozulmasıdır. Almaniyada yaşayan Akçam “erməni soyqırımı”nı tanıyır).

Pamukun vəkili “Star’a verdiyi açıqlamada deyib:

“Ali Appelyasiya Məhkəməsi təzminatın məbləği yüksək deyil – deyərək qərara yenidən baxılması ilə bağlı müraciətimizi qəbul etmədi. İddia qaldıran 6 nəfər onların hər birinə 6 min lirə təzminat ödənməsini istəmişdilər, amma Ali Appelyasiya Məhkəməsi təzminatın ümumilikdə 6 min lirə olması haqda qərar vermişdi”.
XS
SM
MD
LG