Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Qadınlar üçün seks dərsliyi qadağan edilir


Müsəlman qadınların yaratdığı Sözəbaxan Qadınlar Klubunun yazdığı bu kitabın bəzi mənəvi dəyərlərə zidd olduğu idia olunur

Malayziya hökuməti bir qrup müsəlman qadın tərəfindən hazırlanan seks haqqında kitabı qadağan etməyi planlaşdırır. “İslami seks” adlı kitab Malayziyadakı məşhur Sözəbaxan Qadınlar Klubunun üzvləri tərəfindən hazırlanıb.

Dərslik xarakterli bu kitab mağazada satışda olmasa da, onu artıq mindən çox insanın oxuduğu ehtimal olunur. Şəkillərlə bəzədilməyən “İslami seks” kitabı Klubun 56 yaşlı yaradıcısı tərəfindən yazılıb. Bu xanım uzun müddətli evlilik həyatında üzləşdiyi seks təcrübəsini bölüşür.

Kitabda cütlüklərin həm mənəvi, həm də fiziki baxımdan seksə hazırlığına dair məsləhətlər verilir. Müəllif vurğulayır ki, qadınların əksəriyyəti ərlərinin seksə olan tələbatının yalnız 10 faizini ödəyə bilir.

Malayziyanın İslam işləri üzrə idarəsi 115 səhifəlik kitab ətraflı tədqiq edib. Nəticədə bu dərsliyi qadağan etmək haqda rəy verib. İdarə rəsmiləri bildirirlər ki, kitabda yazılanlarla müsəlman icmaları tərəfindən tədris edilən dini dərslər arasında uyğunsuzluq ortaya çıxa bilər.

Hələlik kitab rəsmən qadağan edilməyib. Amma belə deyilir ki, bu kitabı kimdə tapsalar, həmin adam yüksək miqdarda – 5000 ringgit (təxminən 1600 dollar) cərimə gözləyəcək. Kitabın surətini çıxarıb yayanlar isə daha ağır cəza – 3 ilik həbs və ya 20 min ringgit (6500 dollar) cərimə ilə üzləşəcəklər.

Sözəbaxan Qadınlar Klubundan isə kitabın yalnız klub üzvləri üçün nəzərdə tutulduğunu deyiblər. Onlar dərsliyin “əxlaqsızlıq yayması” və “qadınları təhqir etməsi” ilə bağlı fikirləri qəbul etmirlər. Müəllif deyib ki, kitab qadınların seksi daha yaxşı anlamasına kömək etməliydi.

Malayziyada ictimaiyyət nümayəndələrinin əksəriyyəti bu kluba qarşı çıxır. Onların fikrincə, belə bir təşkilatın yaranması ölkədə cinslərin müasir rolunu lağa qoymuş olur. Çünki Malayziyada qadınlar həm hakimiyyətdə, həm də özəl sektorda təmsil olunurlar.

Sözəbaxan Qadınların Klubunun 800-ə yaxın üzvü olduğu güman edilir. Artıq təşkilatın xaricdə - İndoneziya, Sinqapur, İordaniya və Böyük Britaniyada filialları yaradılıb. Klub üzvlərinin əksəriyyəti poliqam nikahda yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG