Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 14:08

Gecə hava gündüzdən isti olacaq


Bakı və Abşeron yarımadasında noyabrın 6-dan 8-i gündüzədək hava şəraitinin kəskin soyuq keçəcəyi, şiddətli şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı gözlənilir.

Məlumatı Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.

Noyabrın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Gecə 6-10, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 6-da hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, gecə və səhər 10 dərəcəyə yaxın, günün ikinci yarısında və axşam 2-5 dərəcə isti olacaq.
XS
SM
MD
LG