Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 16:07

Vəkillər Kollegiyasına qarşı iddia təmin olunmadı

Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Xalid Bağırovun Vəkillər Kollegiyasının qərarından verdiyi iddia təmin edilməyib.

Xalid Bağırov avqust 24-də bir il müddətinə Vəkillər Kollegiyadan uzaqlaşdırılıb.

Kollegiyanın bu qərarının ləğv edilməsi ilə bağlı prosesə Xalid Bağırovun vəkilləri Əshabəli MustafayevYalçın İmanov, ATƏT-in monitorinq qrupunun üzvləri buraxılmayıb.

Xalid Bağırov deyir ki, hakim onların prosesə buraxılmamasını yubanma ilə izah edib:

«Hakimin vəkilləri prosesə buraxmaması, cəmi bir saat baxılan proses mənə Sovet vaxtlarındakı məhkəmələri xatırlatdı».

Xalid Bağırov Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
This item is part of
XS
SM
MD
LG